Nəsrullah: Livan ordusu üçün İrandan RƏM sietmi almağa hazıram

Nəsrullah: Livan ordusu üçün İrandan RƏM sietmi almağa hazıram

İranda İslam inqilabının 40-cı ildönümü münasibətilə Livanın paytaxtı Beyrutun cənubunda təşkil olunan tədbirdə çıxış edən Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah Tehranın müxtəlif sahələrdə Livana yardım göstərməyə hazır olduğunu açıqlayıb.
 
Maide.Az "FaktXəbər"ə isitnadla xəbər verir ki, Hizbullah lideri çıxışı zamanı Livan ordusu İrandan hava hücumundan müdafiə sistemi almaqğa hazır olduğunu vurğulayıb:
 
 
"Orada bizdən qarşılıq gözləməyən böyük və səmimi bir dost var. Mən İranın dostuyam və İsrail döyüş təyyarələrinə qarşı durmaq üçün Livan ordusuna hava müdafiə sistemi təmin etməyə hazıram. Hətta bölgənin ən güclü ordusu olması üçün ehtiyac duyduğu hər şeyi təmin etməyə hazıram. Bunun üçün İrana getməyə də razıyam".
 
Seyid Həsən Nəsrullah Livan hökumətini İrana arxa çevriməkdə ittiham edib: "Müdafiə, elm və digər beynəlxalq sahələrdə bizə dəstək çıxacaq bu dosta arxamızı çevirməkdə və başımızı başqalarına təslim etməkdə israr edirik. Bunların bizə nə edəcəklərini hamı bilir".
 
Livanın "Hizbullah" siyasi hərəkatının lideri Seyid Həsən Nəsrullah İranın bölgədəki ən güclü ölkə olduğunu və İsrail rejiminin İran İslam Respublikasına qarşı müharibə başladacağına dair fikirlərini rədd edib.   
 
O, çıxışı zamanı bildirib ki, nə İsrail, nə də Ərəb ölkələri İranla müharibəyə başlamağa cəsarət etməyəcəklər:   "Əgər belə müharibə baş verərsə, İran meydanda tək olmayacq. Məntəqənin taleyi birbaşa İranın varlığına bağlıdır. ABŞ da İranla müharibə etməyəcək. ABŞ-ın əlindən maksimum sanksiyalar tətbiq etmək gəlir. Sanksiyalar vasitəsilə daxili narazıçılıqlar yaratmaq məqsədi güdən ABŞ bu işdə də müvəffəq olmayacaq. İranın mövcud sistemi dağılmayacaq. Bu sanksiyalar İranın xeyrilə nəticələnəcək". 
 
"Hizbullah"ın da sanksiyalara məruz qaldığını və bu səbbndən sıxıntılar yaşadığını bildirən Seyid Həsən Nəsrullah bu çətin mərhələni mütləq adlayacaqlarını bildirib.   
 
 

Google+ WhatsApp ok.ru