Nərimanovda yataqxanada yanğın baş verib; 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Nərimanovda yataqxanada yanğın baş verib; 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Bakının Nərimanov rayonundakı yanğın barədə yeni məlumatlar əldə olunub.
 
Yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.
 
Ümumilikdə hadisə nəticəsində 8 nəfər zərər çəkib. Onlardan ikisi dünyasını dəyişib. Qalan 6 nəfərdən 1-i Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 5-i isə Toksikologiya Mərkəzinə yerləşdirilib.
 
Baş verən yanğında tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.
 
İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.  / sputnik.az /

Google+ WhatsApp ok.ru