Nəkbə günü münasibətilə ümumxalq tətil çağırışı edilib

Nəkbə günü münasibətilə ümumxalq tətil çağırışı edilib

Qəzzada yaşayan Fələstinli quruplar, sionis İsrail tərəfindən işğal olunmuş Fələstin torpaqlarında yaşayan fələstinliləri “Nəkbə”nin (Böyük fəlakət) 71-ci ili münasibətilə ümumxalq tətil etməyə çağırıb. 
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki,yayımlanan bəyanatda bildirilir ki, may ayının 15-də  bütün yaşayış məntəqələrində  ümumxalq tətil günüdür. Biz bütün insanlarımıza ümumxalq tətili tam riayət etməyə çağırırıq. 
 
Bəyanatda həmçinin Fələstinlilər Qəzzada keçirilən “Böyük Qayıdış” yürüşlərində aktiv iştirak etməyə çağırılır.  
 
Qeyd edək ki, sionist İsrail 14 may 1948-ci ildə Fələstin torpaqlarını işğal edərək dövlət qurduqlarını elan ediblər. Bu hadisədən sonra fələstinlilər dogma torpaqlarından didərgin salınıb. 675 kənd etnik təmizləməyə məruz qalıb, minlərlə fələstinli şəhid edilib.  
 
Xatırladaq ki, hər il may ayının ortaları Fələstin torpaqlarında İsrail sionist rejiminin əsasının qoyulması və fələstinlilərin öz vətənlərindən icbari köçürülmə prosesinə etiraz olaraq dünayanın bir çox yerində etirazlar olur. 
Tarixə "Nəqbə" (Böyük Fəlakət) günü kimi həkk olunan bu gün əslində yalnız Fələstin xalqının deyil, insanlıq uğrunda mücadilə aparan bütün ümmətin acısıdır. Bu acıya BMT 1950-ci ildə təqdim etdiyi hesabatla ilk imzanı atmış oldu. Hesabata görə, Fələstin əhalisinin yarıdan çoxu vətənini tərk etmək məcburiyyətində qalır və qaçqın həyatı sürməyə məcbur olur.
 
Hər il dünyanın müxtəlif yerlərində İsrailin 14 may 1948-ci il tarixində həyata keçirdiyi işğalçılıq siyasətinə və onları dəstəkləyən ölkələrə, beynəlxalq təşkilatlara etirazlar edilir, tədbirlər və konfranslar keçirilir.
 

Google+ WhatsApp ok.ru