'Nəsimi bazarı' müvəqqəti bağlana bilər

'Nəsimi bazarı' müvəqqəti bağlana bilər

İyunun 18-də, "Nəsimi Bazarı" ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.  

 
“Report” xəbər verir ki, yığıncaq bazarın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100 ünvanında olacaq.  
 
Yığıncağın gündəliyinə "Nəsimi Bazarı"nın 2019-cu il üçün maliyyə hesa­batının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir.

Google+ WhatsApp ok.ru