Ağır vəziyyətdə olan qazimiz Şahhüseynov Zeynal Bakıya gətirilib

Ağır vəziyyətdə olan qazimiz Şahhüseynov Zeynal Bakıya gətirilib

Qazimiz  Zeynal Fizuli oğlu Şahhüseynov ağır vəziyyətdə Bakıya Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib.
 
Maide.Az xəbər verir ki,  ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə bu gün xüsusi şəraitdə Bakıya gətirilib. 
 
 O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.
 
Könüllü əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
 
Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi 6 gün öncə komaya düşüb.
 
Qazimiz bir neçə gün idi ki, Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilmişdi, bu gün Bakıya gətirilib.
 
 
 

Google+ WhatsApp ok.ru