Şənbə gününün havası açıqlandı 18 İyun 2021 13:07 Ölkə İyunun 19-da gözlənilən hava şəraiti Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq. İyunun 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz İyunun 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Teqlər : #Şənbə,#gününün,#havası,#açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Bakıda marşrutlar işləməyəcək, bazar günü işləyəcək - BNA Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır