Nabranda itkin düşən 3 yaşlı uşaq tapılıb - YENİLƏNİB/VİDEO

Nabranda itkin düşən 3 yaşlı uşaq tapılıb - YENİLƏNİB/VİDEO

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.
 
2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.(FHN)
 
***
3 yaşlı İsmayıl Novruzov Nabranda ailəsi ilə istirahət zamanı qəflətən yoxa çıxıb.
 
Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Nazirlik bildirir ki, uşağın meşədə və suda axtarışına başlanıb, ancaq hələ ki, bir nəticə yoxdur.
 
Hadisə həftənin bazar günü baş verib, FHN-in yaydığı məlumatda deyilir.
 
İtkin düşmüş İsmayılın əmisi Elnur Novruzov BBC News Azərbaycancaya deyib ki, "uşaq yoxa çıxmamışdan az əvvəl atası və babasının yanında olub".
 
 "Otelin ərazisində axtarmadığımız yer qalmayıb, meşəni və dəniz qırağını da axtarmışıq, heç yerdə yoxdur. Otel dənizdən uzaqdır, 3 yaşlı uşaq özü o qədər yolu gedə bilməz".
 
Elnur Novruzovun sözlərinə görə, indi ailəsi azyaşlının oğurlanmasını ehtimal edir və buna görə də polisə müraciət edib.
 
"Tapılacağı təqdirdə pul mükafatı verəcəyik və tapan adamı məxfi saxlayacağıq", 3 yaşlı İsmayıl Novruzovun əmisi Elnur Novruzov deyib.
 
FHN-nin saytında yayılan məlumata görə, azyaşlının axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər cəlb olunub. (bbc)
 
 

Google+ WhatsApp ok.ru