Nadir şahın İmam Əlinin (ə) hərəminə bağışladığı qızıl tac yenidən O Həzrətin hərəmində -FOTO

Nadir şahın İmam Əlinin (ə) hərəminə bağışladığı qızıl tac yenidən O Həzrətin hərəmində -FOTO

Nadir şahın İmam Əlinin (ə) müqəddəs hərəminə bağışladığı qızıl tac yenidən o Həzrətin hərəminə geri qaytarıldı. 
 
Maide.Az xəbər verir ki, Rəbiül-əvvəl ayının 17-də İslam Peyğəmbərinin (s) mövlud günündə hərəmə qaytarılan qızıl tacın günbəzin üzərinə yerləşdirilməsi mərasimi keçiriləcək. 
 
Qeyd edək ki, Nadir şah təqribən 280 il öncə Hindistanı fəth etdikdən sonra öz nəzrini yerinə yetirmək üçün İraqa səfər edir və müqəddəs hərəmləri ziyarət edir. Nəcəf şəhərində Nadirşahın göstərişi əsasında İmam Əlinin (ə) hərəminin günbəzi və minarələri qızıl ilə bəzədilir və günbəzin üzərinə 14 şüası olan günəş və onun da üzərində ələm hazırlanır və quraşdırılır. 
 
Səddam Hüseynin dövründə isə onun göstərişi ilə bu qızıl tac müsadirə olunmuşdır. (iqna)
 
 
 

Google+ WhatsApp ok.ru