`Nakba` günü münasibətilə dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları keçirilib - VİDEO

`Nakba` günü münasibətilə dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları keçirilib - VİDEO

Bu gün 15 may işğalçı İsrailin yaradılması günü - Nakba, yəni "Fəlakət" günü kimi dünyanın müxtəlif ölkələrində qeyd olunur.  
 
Maide.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində fələstinlilər və azadlıq sevər insanlar bu münasibətlə yürüşlər, mitinqləri və digər etiraz tədbirləri keçirir. Şənbə günü "Nakba" gününün 69-cu ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində İsrail rejim əleyhinə etiraz aksiyaları keçirilib və etirazçılar fələstinlilərlə öz həmrəyliklərini nümayiş etdirib. 
 
"Nakba" günü sionist İsrail rejiminin yüz minlərlə fələstinlini öz torpaqlarından çıxardaraq İsrail rejiminin müstəqilliyini elan etdiyi günə deyilir.      
 
Almaniyanın paytaxtı Berlində İsrail rejimi əleyhinə keçirilən mitinqdə etirazçılar "Fələstini azad edin" şüarı səsləndirib. Etirazçılar əllərində üzərində "Fələstin üçün azadlıq", "Yəhudilər fələstinlilərin öz torpaqlarına qayıtmasını dəstəkləyir" kimi şüarlar yazılmış plakartlar daşıyıb. 
 
Etiraçılardan Martin Saçnek "Nakba" gününü fələstinlilərin birlik günü olduğunu vurğulayıb və deyib ki, fələstinlilərin etirazını göstərmək üçün küçələrə çıxmışıq. 
 
Hesablamalara görə, hazırda dünyanın müxtəlif ölkələrində 5 milyondan çox fələstinli evlərindən didərgin düşərək qaçqın həyatı yaşayır. 
 
Şənbə günü həmçinin Kanadanın Torento şəhərində işğalçı İsrail rejiminin konsulluğu qarşısında  etiraz aksiyası keçirilib. Etirazçılar İsrail həbsxanalarında aclıq aksiyası keçirən fələsinlili əsirlərlə  həmrəyliklərini nümayiş etdirib.   
Etirazçılardan biri deyib ki, Kanada hökumətinə təzyiqlər artırılmalıdır ki, İsrail rejimi ilə münaqişədə fələstinlilərin hüququları müdafiə eləsin. 
 
Qeyd edək ki, işğalçı İsrail rejimi həbsxanalarında mövcud olan dözülməz şəraitə və inzibati həbslərə etiraz əlaməti olaraq, eləcə də qohumlarla daha artıq görüş imkanının tələbi ilə 2000-dən çox fələstinli məhbus aprelin 17-dən aclıq aksiyasına başlayıb. 
 
İlk öncə aclıq aksiya iştirakçılarının sayı 700 nəfər idi lakin sonradan aclıq aksiya iştirakçılarının sayı getdikcə artdı və hazırda 2000 nəfərdən çoxdur. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə, İsrail rejim Həbsxanalar Təşkilatı  fələstinli məhbuslara sərin su içməyi qadağan edib və onları isti su içməyə məcbur edir. 
Xatırladaq ki, hazırda 6500 nəfərdən çox fələstinli işğalçı İsrail rejim həbsxanalarında saxlanılr ki, onlardan 62 nəfəri qadın və 300 nəfəri isə yeniyetmə və uşaqlardır.

Google+ WhatsApp ok.ru