Naməlum şəxs Sarayevoda iki əsgəri güllələyərək intihar edib

Naməlum şəxs Sarayevo şəhərinin bukmeyker kontorunda iki əsgəri güllələyib. Bundan sonra o, evinə gedərkən şəhərdaxili avtobusu da atəşə tutub. Hadisə nəticəsində şüşə qırıqları dəyən sürücü və iki sərnişin xəsarət alıb.
 
Maide.az RİA Novostiyə istinadla xəbər verir ki, şəhər polisinin məlumatına görə, evə çatdıqdan sonra cinayətkar partladıcı qurğunu işə salaraq intihar edib.
 
İnsident Sarayevo şəhərinin ətraf rayonlarının birində, ordu kazarmasının yaxınlığında baş verib. Hökumət təhqiqat başa çatmamış hadisəni terror aktı kimi qiymətləndirməkdən imtina edib. Buna baxmayaraq, Bosniya və Herseqovinanın Baş naziri Denis Zvezdiç baş verənləri “dövlətə hücum” kimi dəyərləndirib.
 
İnsidentlə bağlı bütün ölkə ərazisindəki hərbi hissələrdə nəzarət rejimi gücləndirilib.

Google+ WhatsApp ok.ru