Bəqərə, 52. Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.

İmam Səccad (ə) buyurur:
“Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”



NAMAZ ƏHLİNİN 9 DƏRƏCƏSİ

Tarix : 11-09-2018 15:23

1. Bəziləri namazı “xüşu” ilə qılırlar:

الَّذینَ هُمْ فی‏ صَلاتِهِمْ خاشِعُون

“(Möminlər) O kəslərdir ki, namazlarında xüşu əhlidirlər.” (“Muminun”/2.)

“Xüşu” – Allah dərgahında cismən və ruhən ədəb-ərkan qaydalarına riayət etmək, təvazökar və itaətkar olmaqdır.

Peyğəmbəri-Əkrəm (s) bir şəxsin namaz üstə öz saqqalı ilə oynadığını gördükdə buyurdu: “Əgər onun ruhu “xüşu”ya sahib olsaydı, namaz üstə əsla belə bir iş tutmazdı.” (“Təfsiri-Safi.”)

2. Bəziləri namazı layiqincə qoruyub saxlayır, onu vaxtlı-vaxtında qılırlar:

وَ هُمْ عَلى‏ صَلاتِهِمْ یُحافِظُون

“…Namazlarını qoruyub saxlayırlar.” (“Ənam”/92.)

3. Bəziləri namazı işdən üstün tutur, namaza görə işdən əl çəkirlər:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…” (“Nur”/37.)

4. Bəziləri sevinclə namaza doğru tələsirlər:

فَاسْعَوْا إِلى‏ ذِکْرِ اللَّهِ

“...Allahı zikr etməyə tələsin...” (Cümə”/9.)

5. Bəziləri namaz üçün bəzənib-düzənir və libaslarının ən yaxşısını geyinirlər:

خُذُوا زینَتَکُمْ عِنْدَ کُلِّ مَسْجِدٍ

...Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən) zinətlərinizi götürün (gözəl geyinin)...” (“Əraf”/31.)

6. “Bəzilərinin namaza eşq-məhəbbəti daimidir:

الَّذینَ هُمْ عَلى‏ صَلاتِهِمْ دائِمُون

O kəslər ki, daim namaz qılarlar.” (“Məaric”/23.)

İmam Baqirdən (ə) nəql olunur ki, bu ayədə daimi olaraq müstəhəb namaz qılmaq, “Namazlarını qoruyub saxlayırlar.” (Ənam”/92) – ayəsində isə vacib namaz nəzərdə tutulur.

7. Bəziləri namaz üçün gecəni oyaq qalırlar:

فَتَهَجَّدْ بِهِ نافِلَهً لَکَ

Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə vəzifəni yerinə yetir.” (“İsra”/79.)

Bu ayə, yalnız İslam Peyğəmbərinə (s) xitabdır: “Gecə yarı yuxudan dur, Quran oxu, namaz qıl...” Təfsir alimlərinin qeydlərinə əsasən, bu ibarə gecə namazına işarədir.

8. Bəziləri gecəni səcdə və namaz halında keçirirlər:

وَ الَّذینَ یَبیتُونَ لِرَبِّهِمْ سُجَّداً وَ قِیاما

Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirirlər.” (“Furqan”/64.)

9. Bəziləri ağlaya-ağlaya səcdə edirlər:

إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

“Onlar Rəhman Allahın ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.” (“Məryəm”/58.)

Maide.az

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 20:25