Namaz məhbusu Şeyx Sərdarın məhkəməsi keçirilir

Namaz məhbusu Şeyx Sərdarın məhkəməsi keçirilir

Həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi başlayıb. 
 
Maide.Az xəbər verir ki, Məhkəmə baxışı bu gün (mart ayının 27-də) Masallı rayon məhkəməsində saat 15:00-da başlayıb. 
 
Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın artıq həbs müddətinin başa çatmasına az müddət qalıb. Bu gün keçirilən məhkəmədə Şeyx Sərdar haqqında qərar qəbul ediləcək. 
 
 

Google+ WhatsApp ok.ru