Namaz  insanın ruh və qəlbinin gözəlliyini  artırır - Ayətullah Xamenei

Namaz insanın ruh və qəlbinin gözəlliyini artırır - Ayətullah Xamenei

-- Hər kəs öz ətrafındakıları bu istiqamətə yönəltməli, onları Allaha və namaza tərəf dəvət etməlidir

Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei 26-cı Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə namaza dəvət üçün bütün imkan və vasitələrdən istifadə olunmasının zəruriliyini vurğulayıb. 
 
Maide.Az "leader.ir" saytına istinadən Ali Rəhbərin müraciətinin tam mətnini təqdim edir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
 
Namaza dəvət, həyatın ən gözəl təzahürünə dəvətdir.  Ona görə ki, namaz həyatın bir fəslidir.  Həmin fəsldə  insan  bütün yaxşılıq və gözəlliklərin sahibi və yaradıcısı qarşısında  sevgi dolu  ehtiyacını bəyan edir. Namaz vasitəsi ilə insan öz ruh və qəlbinin gözəlliyini, eləcə də yaxşılığını artırır. 
 
Quran və hədislərdə namaz və dua üçün tövsiyə olunan genişmiqyaslı və effektiv tövsiyə namaza dəvətdə bu xüsusiyyətin göstəricisidir.  Allahın saleh bəndələri bunu özləri üçün ibrət götürməli və namaza dəvət etməlidir. 
 
İslam sistemində mömin məsul şəxslər  özlərinin bütün geniş imkanlarını  bu dəvət üçün istifadə etməlidir.  Ruhani,  müəllim, tərbiyəçi, müdir və hər yerdə fəaliyyət göstərən  məsul şəxslər  öz ətrafındakıları bu istiqamətə yönəltməli,  onları  Allaha və namaza tərəf dəvət etməlidir. 
 
Siz illik Ümummili Namaz Konfransının təşkilatçıları  xüsusi ilə  mücahid və ixlaslı alim höccətül-islam cənab Qiraəti, bu böyük ilahi  tofiqin qədrini bilin, bu düz xəttdə sabitqədəm olun və bilin – necə ki bilirsiz -  Allah səbr edənlər və sabitqədəmlərlədir. “
 
Seyid Əli Xamenei
21 dekabr 2017-ci il

Google+ WhatsApp ok.ru