Namaz məhbusu Şeyx Sərdarın həbs müddətinin uzadılmasının səbəbi açıqlanıb - FOTO

Namaz məhbusu Şeyx Sərdarın həbs müddətinin uzadılmasının səbəbi açıqlanıb - FOTO

Martın 27-də Masallıda həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin keçirilən məhkəməsinin qərarının detalları açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Şeyx Sərdarın vəkili Cavad Cavadov öz feysbuk səhifəsində hakim Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şeyx Sərdarın həbs müddətinin aprel ayının 30-dək uzadılmasına dair qərarın surətini paylaşıb və yazıb: “Şeyx Sərdar Babayevin barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair məhkəmə qərarında Masallı rayon Məhkəməsinin hakimi Nemət Musayev yazıb ki, Sərdar Babayev azadlıqda qalarsa: "cinayətkar fəaliyyətini davam etdirə bilər", bunun açıqlaması odur ki, o buraxılsa yenidən cümə namazı qıla bilər.
 
Vəkil Maide.Az-a açıqlamasında bildirib ki, martın 27-də Masallı rayonunda keçirilən məhkəmənin qərarından bu gün (martın 30-da) apellyasiya şikayətini təqdim edəcəm.  
 
Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın artıq həbs müddətinin başa çatmasına az müddət qalmışdı. 
 

Google+ WhatsApp ok.ru