Namazı tərk etməyin cəzası

Namazı tərk etməyin cəzası

Namaza tələsin-3

Öncəki yazını BURADAN oxuya bilərsiz!

 

Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizin cəhənnəmə düşməyinizə nə səbəb oldu?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.” (“Muddəssir” surəsi, ayə 42.)

Başqa bir yerdə namaza səhlənkar yanaşan, etinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.” (“Maun” surəsi, ayə 4 və 5.)

Allahın Rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.)

“Namazın tərki İslamla küfr arasında sərhəddir.” (“Nəhcül-fəsahə”, 1098-ci kəlam; “Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.51-52.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru