İnanclı kəsimlərin hüquqlarını müdafiəsi ilə ciddi və peşəkarcasına məşğul olmağa ehtiyac var - Rövşən Əhmədli

`Azərbaycanda ən çox represiya və həbslərə məruz qalan inanclı kəsimlərdir`

Son günlərin ən aktual müzakirələrindən biri  yeni yaradılan inanclıların müdafiə komitəsidir.  Komitənin  yaranmasında zərurətinin nə olması və kimlərdən ibarət olacaqları barədə suallarımıza cavab tapmaq üçün, komitənin fəallarından olan Azərbaycan Respublikası Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli ilə həmsöhbət olduq.
 
Maide.Az-a danışan R.Əhmədli ilk olaraq bildirdi ki, ölkədə kifayət qədər hüquq müdafiə komitələri mövcuddur. Lakin Leyla Yunusun həbsindən sonra bu işlərlə kifayət qədər peşəkarcasına məşğul olan bir komitə görmədik:
"Əvvəlcədən, bütün iş görən, xidmət edən hüquq müdafiə komitələrinə təşəkkür edirik. Heçkim bizdən inciməsin, lakin Leyla Yunus kimi heç kim bu işlərə can qoymadı. Artıq neçənci əfv sərancamıdır ki, həyata keçirilir.  Lakin bu sərəncamda  islamçıların adına rast gəlmək mümkün deyil.  Halbuki ölkədə 100-dən çox inanclı zindanlardadır. Hələ bu, bizim bidldiyimizdir. Tərəfimizdən təsis olan komitə peşəkar şəkildə məhbus dindarların hüququnu dəstəkləyəcək və ikili strategiyadan uzaq olmağa çalışacaq. Ölkədə dindar məhbuslarla siyasi və vicdan məhbusları arasında hiss olunacaq fərq görünür və biz günahsız dindar məhbusların hüquqlarını müdafiə etməyə çalışacağıq".
 
Azərbaycanda ən çox represiya və həbslərə məruz qalan inanclı kəsimlərdir- deyən komitə üzvü, məhbusların haqqını lazımınca qoryacaqlarını bildirdi:
 
"Onların da hüquqlarını müdafiəsi ilə ciddi və peşəkarcasına məşğul olmağa ehtiyac var. Bu yönümdə biz ziyalılardan və mütərəqqi düşüncəli hüquq müdafiəçilərindən ibarət Müdafiə Komitəsinin yaradılmasını vacibliyini önə gətirdik. Təxminən gələn həftədən təşkilat komitəsinin üzvlərinin kimlərdən ibarət olması haqqında müzakirələrə başlanılacaq. Hər halda mütərəqqi fikirli ziyalılar, din xadimləri, İslam alimləri müdafiə komitəsinin üzvülüyündə yer alacaqlar. İnsan hüquq və azadlıqları ilə məşğul olan mütəxəssislərin və ekspertlərin də dəvət olunması planlaşdırılır”.
R.Əhmədlinin sözlərinə görə, həbs edilənlər haqda çox geniş informasiyaya malik olmaq zəruridir: “İctimai və beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, İslam dünyasını məlumatlandırmalıyıq. Bu da təzyiq vasitələrindən biridir. Sivil yollarla və peşəkarcasına müdafiə strategiyasını qurmaq başlıca məqsədimizdir”. /

Google+ WhatsApp ok.ru