İnanclı Xalid Kazımovun həyatı təhlükədədir!

İnanclı Xalid Kazımovun həyatı təhlükədədir!

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən,  inanclı Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb.
 
Maide.Az bildirir ki, yaxınlarının “Cenubpress” internet qəzetinə verdiyi məlumata görə, Xalidin gözləri tutulmaq üzrədir. Öd kisəsindəki, ağrılardan yata bilmir. Siyasi məhkum, Xalid Kazımovun yaxınları Hüquq müdafiəçilərdən, jurnalistlərdən kömək gözləyir. 
 
Qeyd edək ki, Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci il sentyabr ayında Masallı rayonunda əsassız ittihamlarla həbs olunub. O beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə məhkum olunaraq 8-il azadlıqdan məhrum edilib.
 

 

Google+ WhatsApp ok.ru