Nardaran Ağsaqqallar Şurasının sədrinin məhkəməsinin vaxtı açıqlanıb

Nardaran Ağsaqqallar Şurasının sədrinin məhkəməsinin vaxtı açıqlanıb

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməsinin vaxtı açıqlanıb
 
Maide.Az Reporta istinadən xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas yanvarın 23-nə təyin edilib.
 
İşə hakimi Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.
 
N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
 
Qeyd edək ki, bu il yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə hakim özü-özünə etiraz edib. Onun sözlərinə görə, cinayət işi ilə tanış olan zaman məlum olub ki, həmin iş üzrə istintaq DTX tərəfindən aparılıb. E.İsmayılov həmin iş üzrə istintaq qrupunda onun oğlu Emil İsmayılzadənin də olduğunu deyib: "Qanunvericilik bu işə mənim sədrliyimlə baxmağa imkan vermədiyi üçün özümə etiraz edirəm".
 
Məhkəmə heyəti etiraz təmin edib. Qərara əsasən, cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə göndərilib.
 

Google+ WhatsApp ok.ru