Nardaran hadisələri ilə bağlı təqsirləndirilənlərə bəraət istənilib

Nardaran hadisələri ilə bağlı təqsirləndirilənlərə bəraət istənilib

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Təqsirləndirilən Mehman Ağayevin vəkili Akif Əliyev, Cabir Əliyevlə Mübariz İbrahimovun vəkili Bəhruz Bayramov və Mehman Məmmədovun vəkili Xavər İsmayılova çıxışlarında istintaqın düzgün aparılmadığını, müdafiə etdikləri şəxslərin günahsız olduqlarını deyib. Onlar təqsirləndirilən şəxslərə bəraət hökmünün çıxarılmasını istəyib.
 
Növbəti məhkəmə iclası oktyabrın 2-də davam edəcək. (apa) /

Google+ WhatsApp ok.ru