Nardaran işi üzrə həbs olunanlar `kars`dan çıxarılmayıb

Nardaran işi üzrə həbs olunanlar `kars`dan çıxarılmayıb

İlahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə Nardaran işi üzrə mühakimə olunan digər şəxslər hələ də cərimə kamerasında (“kars”) saxlanılır.
 
Vəkil Yalçın İmanov iyulun 24-də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına gedərək, onlarla görüşmək istəsə də, görüşə icazə verilməyib. Bu haqda AzadlıqRadiosu-na Yalçın İmanov məlumat verib.
 
İstintaq təcridxanasının rəisi Rəşid Səfərov bildirib ki, vəkilin orderi iş apellyasiya məhkəməsinin icraatında olduğu dövr üçün keçərli idi. Ali Məhkəmə üçün yeni müqavilə bağlanmalıdır.
 
Yalçın İmanov isə bu tələbin qanunsuz olduğunu deyir: “Əvvəla, Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə qərar vəkillərin iştirakı olmadan elan edilib. Qərarın surətini bizə göndərməyiblər. Ona görə də bilmirik ki, orada nə yazılıb. Bəlkə qərarı görəndən sonra heç Ali Məhkəmə üçün müqavilə bağlamayacağıq. İlk dəfədir belə bir qanunsuz tələblə qarşılaşırıq”.
 
Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxslərin işgəncəyə məruz qalması və bu səbəbdən görüşə icazə verilməməsindən narahatdır.
 
Yalçın İmanov məsələ ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəyini, hüquqi addımlar atılacağını söyləyir. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru