`Nardaran işi`ndə təqsirləndirilən digər qrupun məhkəməsi keçirilib

`Nardaran işi`ndə təqsirləndirilən digər qrupun məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
 
Hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başlanması elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.
 
Təqsirləndirilən şəxslər isə ittiham üzrə özlərini təqsirli bilməyiblər.
 
İclas yanvarın 19-da davam edəcək.
 

 

Google+ WhatsApp ok.ru