`Nardaran işi`ndə vəkillər təqsirləndirilən şəxslərə bəraət istədilər

`Nardaran işi`ndə vəkillər təqsirləndirilən şəxslərə bəraət istədilər

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
 
Trend-in məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri çıxış edərək müvəkkillərinə bəraət verilməsini istəyib.
 
Proses ilyulun 20-də digər vəkillərin çıxışları ilə davam etdiriləcək.

Google+ WhatsApp ok.ru