`Nardaran işi`ndə şahid ifadələri dinlənilib

`Nardaran işi`ndə şahid ifadələri dinlənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Nardaran sakini - Əli Nurməmmədov şahid qismində ifadə verib. O, təşkilatın sədri Taleh Bağırovu məclislərdən tanıdığını bildirib.
 
Prosesdə sonra digər Nardaran sakini - Mövsüm Beytullayev şahid qismində ifadə verib.
 
Proses iyunun 5-də davam etdiriləcək.

Google+ WhatsApp ok.ru