Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundunun işi məhkəməyə göndərilib

Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu Hacı Nuhbala Rəhimov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
 
Bu barədə Trend-ə təqsirləndirilən şəxs N.Rəhimovun yaxınları məlumat verib.
 
Məlumata görə, N.Rəhimov barəsində istintaqı yekunlaşmış cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
 
Məlumatda o da bildirilir ki, N.Rəhimovla bərabər Nardaran hadisələrində təqsirləndirilən daha bir neçə nəfərin barəsində başlanmış cinayət işi də yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilib.
 
Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib.

Google+ WhatsApp ok.ru