Nardaranda polislər əzadarlıq məclisini dağıtdı -YENİLƏNİB

«Kənddəki polis qüvvələrinin tələbi ilə fevralın 22-si axşam Nardaranda qeyd olunan «Fatimeyi-Zəhra» məclisi dayandırılıb».
 
Bunu AzadlıqRadiosuna kəndin ağsaqqallarından Hacıağa Nuri bildirib.
 
Hacağa Nurinin deməsinə görə, axşam namazından sonra «Nardaran Piri»nin qanuni axundu, Sabunçu və Pirallahı rayonlarının qazisi Musa Qasımovun iştirakı ilə məclis təşkil edilib. Namaz qılınıb, moizə edilib. Mərsiyə deyilən zaman polislər gəlib və məclisin dayandırılmasını tələb edib.
 
«Polis təmsilçiləri bu tələblərinə əsas kimi məclis haqda əvvəlcədən xəbərdarlıq edilməməsini göstərdilər. Bundan sonra belə məclislər keçirilən zaman öncədən onlara xəbər verilməsini tapşırdılar. Sonra da məclis iştirakçıları dağılıblar. Hər hansı qarşıdurma olmayıb»,-deyə H.Nuri qeyd edib.
 
***
Fevralın 22-də Nardaranda Şam namazından sonra Hz Fatimənin (s.ə) əzadarlıq mərasiminə toplaşan mömin və möminələr Nardaran piri Hüseyniyyəsindən uzaqlaşdırıblar.
Məscidə toplaşanlar moizə dinləyib, salavatlar zikr edib. Bu zaman polislər gələrək mərasimi yarımçıq kəsiblər. Hadisəni orada olan sakinlərdən biri xeberman.com saytına belə nəql edib:
“Moizə oldu. Mərsiyyə deyilən zaman, 7-8 nəfər polis nəfəri içəri daxil olaraq məclisi dayandırdılar və bu işə icazə olmadığını qeyd etdilər.Mərsiyyə yarımçıq qaldı və Xanım Zəhranın (s.ə) məclisini keçirtməyə qoymadılar. Hamı evinə getdi…”. azadliq.info /
 

Google+ WhatsApp ok.ru