Nardaranda yenə saxlananlar var - YENİLƏNİB

Sabunçu rayon Polis İdarəsi və idarənin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə şübhəli bilinən 32 nəfər saxlanılıb.
 
Sabunçu rayon Polis İdarəsində aparılan araşdırmaların nəticəsində 24 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
 
Sabunçu rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan 8 nəfər barədə 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
 
İnzibati həbs edilənlər Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.trend
 
****
Nardaran ağsaqqalı Hacıağa Nuri  martın 1-i səhər saatlarında kəndin küçələrindən birinə «Əli, Hüseyn, Allahu Əkbər!» şüarlarının yazılması ilə bağlı 30-a yaxın şəxsin saxlanıldığını bildirib.
 
Hacağa Nurinin deməsinə görə, onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib. Qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıblar.
 
«Bu, Nardarana qarşı təxribatdır və tezliklə bunun üstünün açılmasını istəyirik. Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq şəkildə yazılan bir şüardır. Mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstünü açsınlar. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyirlər», - deyə H.Nuri baş verənləri dəyərləndirib.
O qeyd edib ki, kənd hələ də güc strukturlarının nəzarətindədir. Bu baxımdan da baş verənlərin kənar iz olduğunu düşünür. azadliq.org

Google+ WhatsApp ok.ru