Nardaran hadisələri ilə bağlı saxlanılan 20-yə yaxın şəxsin cinayət işi məhkəməyə göndərilib

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərdən bəzilərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 
APA-nın məlumatına görə, saxlanılanlardan 20-yə yaxın şəxsin barəsində olan cinayət işi digərlərindən ayrılaraq baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
 
Həmin şəxslərin cinayət işinə məhkəmədə ayrı-ayrılıqda baxılacaq. İstintaqı başa çatan şəxslər əsasən Nardaran sakinlərdir. Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar. Yaxın günlərdə həmin şəxslərin cinayət işli üzrə məhkəmə prosesləri başlayacaq./
 

Google+ WhatsApp ok.ru