Nardaran hadisələrində həbs edilən şəxsə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Raci Abasəli oğlu Babayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
 
Maide.Az report-a istinadən bildirir ki, sonuncu prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Babayev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
R.Babayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Məhkəmənin çıxardığı hökmdən narazı qalan R.Babayev apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
 

Google+ WhatsApp ok.ru