Nardaran hadisələrinə görə həbs edilən şəxsə hökm oxundu

Nardaran hadisələrinə görə həbs edilən şəxsə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Ələkbər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Maide.Az  "Report"a istinadən verdiyi məlumata görə, sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi Osman Kazımov apellyasiya şikayəti verib. İş üzrə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası iyulun 5-nə təyin edilib. İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, Ə.Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.  
 

Google+ WhatsApp ok.ru