`Nardaran işi 4` üzrə apellyasiya məhkəməsinə baxış təyin edildi

`Nardaran işi 4` üzrə apellyasiya məhkəməsinə baxış təyin edildi

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 
 
Təqsirləndirilənlərdən Ə. Bünyadov məhkəməyə gətirilməyib. Hakim hazırlıq iclası olduğundan məhkəmənin onun iştirakı olmadan da keçirilə biləcəyini deyib. Daha sonra o məhkəməyə çoxsaylı insanların gəlməsinə irad tutub. Bundan sonra digər təqsirləndirilən Elxan İsgəndərovu zala gətiriliblər. İsgəndərovun əlindəki qandal şüşə kameraya salındıqdan sonra da açılmayıb. 
 
Vəkil Fariz Namazlı apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsi və hər iki təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimakan tədbirinin seçilməsinə dair vəsatət verib. Hakim vəsatətlərin təmin olunmadığını deyərək məhkəmə baxışının 11 sentyabr saat 15:00-a təyin edildiyini elan etdi. /Rakurstv / 
 
 

Google+ WhatsApp ok.ru