`Nardaran işi 4` üzrə təqsirləndirilənlərin apellyasiya şikayəti təmin edilmədi

`Nardaran işi 4` üzrə təqsirləndirilənlərin apellyasiya şikayəti təmin edilmədi

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesində qərar elan olunub. 
 
Belə ki, hakim Ə. Bayramov ilkin instansiya qərarının qüvvədə saxlanıldığını elan edib. 
 
Qeyd edək ki, hər iki şəxs Nardaran hadisəsələri zamanı həbs edilib. Elxan İsgənədovun barəsində həbs qətimkan tədbiri seçilib.Digər təqsirləndirilən Əbülfəz Bünyatov barəsində həbs qətimkan tədbiri seçilsə də, o iflic olduğundan bir müddət sonra barəsində polis nəzarəti qətimkan tədbiri ilə dəyişdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
Əbülfəz Bünyatov barəsində olan polis nəzəratətində qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalında həbs edilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. (open.az)

 

Google+ WhatsApp ok.ru