`Nardaran işi` üzrə təqsirləndirilən şəxslərə hökm oxunub

`Nardaran işi` üzrə təqsirləndirilən şəxslərə hökm oxunub

-- Elçin Qasımov 15 il, Ağəli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il ....

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Elçin Qasımov 15 il, Ağəli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, İsa İbrahimov, Seyfəddin Şirvanov, Vüsal Alış, Fərhad Muradov 12 il 6 ay, Seymur Aslanov, Əli Şahbazov, Ramil Əliyev və Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, prokuror Elçin Qasımovun 16 il, Ağəli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 
 

Google+ WhatsApp ok.ru