`Nardaran işi` üzrə təqsirləndirilən şəxslərə hökm oxunub

`Nardaran işi` üzrə təqsirləndirilən şəxslərə hökm oxunub

-- Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il...

Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Maide.Az "APA"-a istinadən  xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən, ev dustaqlığında olan Əbülfəz Bünyatov təcili yardım maşını ilə, xərəkdə gətirilib. 
 
Prosesdə hökm oxunub, Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.
 
İflic vəziyyətində olan Əbülfəz Bünyatov barəsində olan polis nəzəratətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub. Hökmə əsasən, o, cəzasının ilk üç ilini həbsxana, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
 
 
Qeyd edək ki, prokuror Elxan İsgəndərovun 14 il, Əbülfəz Bünyatovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Hökmdən apelyasiya şikayəti veriləcək.
 
 

Google+ WhatsApp ok.ru