Narkotik qaçaqmalçılığında şübhəli bilinən “Toyota”-nın top-meneceri həbs edilib 19 İyun 2015 01:00 Dünya Narkotik qaçaqmalçılığında şübhəli bilinən “Toyota” avtomobil şirkətinin top-meneceri Culi Hemp Tokio prokurorluğuna çağırılıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, iyunun 11-də Tokionun “Narita” aeroportunda C.Hempin adına göndərilmiş bağlamada 57 ədəd oksikodon həbi aşkarlanıb. Güclü ağrıkəsici olan oskikodon preparatının tərkibində narkotik maddələr var. Yaponiyada istifadəsi qadağan edilən bu dərmandan tez-tez onkoloji xəstələrin ağrılarını azaltmaq üçün istifadə edilir. Şübhəli şəxs bildirib ki, preparatın Yaponiyada narkotik vasitələr kateqoriyasına düşəcəyini bilmirmiş. Ancaq məlum olub ki, “zinət əşyası” kimi göndərilən bağlamada preparat oyuncaq bijuteriya ilə birgə qutunun dibində gizlədilibmiş. Yaponiya hüquq-mühafizə orqanları bağlamanı göndərənin kimliyini müəyyənləşdirirlər. Xatırladaq ki, bağlama ABŞ-ın Kaliforniya ştatından göndərilib. Həmçinin C.Hempin narkotik maddə qəbul etdiyini müəyyənləşdirmək üçün onun sidiyindən analiz götürüləcək./ Teqlər : #Narkotik qaçaqmalçılığında şübhəli bilinən Toyotanın topmeneceri həbs edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT uşaq qaçıran qrup və ölkələri punktlar üzrə sadalayacaq Misirdə daha bir İxvan üzvü saxlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO