NARLA MÜALİCƏ

NARLA MÜALİCƏ

-- QURANDA ADI KEÇƏN MEYVƏ

▪️ “Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar var.” (“Rəhman” surəsi, ayə 68)
 
Maide.Az "istibb" kanalına istinadən xəbər verir ki, yuxarıdakı ayədən belə nəticə çıxarmaq olar ki, insanın qidalanmasında meyvələrin çox böyük əhəmiyyəti var. İnsanın təravətli və gümrah qalmasında onların rolu təkcə elmi baxımdan deyil, camaatın tərcürbəsindən də keçməklə də məlum olub.
 
Bəzi ayə və rəvayətərdə cənnət meyvələrindən söz açılıb.
 
Nar haqqında bilim adamları çoxlu məlumatlar veriblər. Qanı təmizləməsi və tərkibində “C” vitamininin olması ilə səciyyəvidir.
 
Rəvayətlərdə narın ən yaxşı meyvə və çox faydalı olduğu deyilib. Onun faydaları haqqında aşağıdakılarını saymaq olar : Mədəni gücləndirir, öddən yaranan hərarəti, sarılığı və qaşınmanın qarşısını alır, gözün görmə qabiliyyətini gücləndirir, xroniki yaraların sağalmasında təsirlidir.
 
İmamlarımızın nar haqqında dediyi hədislərin bir qismini sizə təqdim edirik : 
 
- Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim nar yeyər, ürəyini aydınlandırar, vəsvəsəni 40 gün ürəyindən çıxardar".
 
- İmam Sadiq (ə) buyurur: "Meyvənin 101 rəngi vardır və ağası nardır".
 
- İmam Rza (ə) buyurur: "Nar yeyin, çünki əgər onu ac vaxtı yesən, sənə kifayət edər. Əgər tox olan zaman yesən, yeməyi həzm edər".
 
İmam Sadiq (ə) buyurur: "Mömin hər cümə gecəsi nar yeyər".
 
- Həzrət Peyğəmbər (s) buyurur: "Narı piyi ilə yeyin, çünki mədəni yuyar".
 
- İmam Əli (ə) buyurur: "Narı piyi ilə yeyin, çünki dişlərin saralmasını və ağızın pis iyini aradan aparar. İnsanı pak edər".
 
- İmam Sadiq (ə) buyurur: "Narı piyi ilə yeyin, çünki mədəni pak edər, zehni gücləndirər".

Google+ WhatsApp ok.ru