Narın bilinməyən sirləri

Narın bilinməyən sirləri

"Nar bir çox orqanlara xeyirlidir. Bu meyvə ürək, həzm sistemi, beyin və bütün sistemlərə təsir edir".
 
Maide.Az "Sputnik"ə istinadla  xəbər verir ki, bunu Türkiyənin Radiasiya Onkologiyası üzrə mütəxəssis, həkim Yavuz Dizdar açıqlama verib.
 
Duzdar “narın xeyir vermədiyi bir şey yoxdur” ifadəsindən istifadə edib. Onun sözlərinə görə, bu meyvə xroniki xəstəliklərin qarşısını alır.
 
"Revmatizmdən, alzheymer xəstəliyinə qədər ağlınıza nə gəlirsə, hamısına faydalıdır. Narın tumları ürəyi qoruyan yağ turşuları ilə zəngindir. Tərkibində vitamin və minerallar var. Bəzi birləşmələr bağırsaq qurdlarının inkişafının qarşısını alır. Antibiotik təsir göstərib, bədənin mikroorqanimlərini sağlam saxlayır. Ağız və diş sağlamlığı üçün güclü təsirə malikdir" deyə Düzdar qeyd edir.
 
 

Google+ WhatsApp ok.ru