NASA Ay və Yerin birgə görüntülərini yaydı

NASA Ay və Yerin birgə görüntülərini yaydı

  Nplus1.ru-ya istinadən verilən xəbərə görə, DSCOVR kosmik rəsədxanası artıq ikinci dəfədir Yerin işıqlandırılan hissəsindən keçən Ayın fotolarını çəkə bilir.
 
Görüntülər kosmik aparatda quraşdırılmış Earth Polychromatic Imaging Camera (EPIC) 4 meqapiksellik kamera ilə çəkilib. Fotolardan Ayın Sakit və Hind okeanları üzərindən necə keçdiyi görünür. bütün fotolar Yerdən 1,5 milyon km məsafədən, 30 saniyə intervalla çəkilib.
 
NASA mütəxəssisləri bu fotolardan videoçarx hazırlayıblar. (lent.az)
 

Google+ WhatsApp ok.ru