NASA gözlənilən açıqlamanı verdi

NASA gözlənilən açıqlamanı verdi

 
NASA Yupiterin peyki Avropa ilə bağlı maraqla gözlənilən açıqlamanı verib.
 
Xarici KİV-ə istinadən xəbər verilir ki, Avropada su buxarlarına rast gəlindiyi bildirilib.
 
Sözügedən aktivlik “Hubble” teleskopu vasitəsi ilə peykin cənub qütbündə qeydə alınıb.
 
Məlumat tam təsdiqlənəcəyi halda Avropa Günəş sistemində su axıntısı olan ikinci peyk olacaq.
 
Qeyd edək ki, daha əvvəl Saturn planetinin peyki Enceladda qeyzer şəkilində yüksələn su buxarları qeydə alınıb. (Qafqazinfo) /

Google+ WhatsApp ok.ru