Natiq Kərimovun məhkəmə istintaqı başa çatıb

Natiq Kərimovun məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.
 
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.
 
Prokuror çıxış üçün vaxt istəyib.
 
Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru