Natiq Kərimovun məhkəməsində şahidlər ifadə verib

Natiq Kərimovun məhkəməsində şahidlər ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun məhkəmə prosesi davam etdirilib.
 
Maide.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə N.Kərimovun oğlu Kamran Kərimov şahid qismində ifadə verməkdən imtina edib.
 
Daha sonra iclasda şahid qismində Gülxanım Rəsulova, Ramiz Manafov, Nigar Ağayeva, Cavanşir Hüseynov, Səbuhi Səlimov, Məmmədağa Əliyev, Əli Zeynalov və Rauf Məmmədov ifadə verib. Onlar Nardaran Ağsaqqallar Şurası və Azərbaycan İslam Partiyasından müəyyən məbləğdə yardım aldıqlarını deyiblər.
 
 
Proses martın 30-da davam edəcək
 

Google+ WhatsApp ok.ru