Natiq Əliyev: `Transxəzər layihəsinin reallaşacağı tarix bilinmir`

Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarına çıxarılmasını nəzərdə tutan Transxəzər layihəsinin reallaşacağı tarix hələ dəqiq bilinmir. Maide.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
O, Transxəzər layihəsi ilə bağlı dördtərəfli görüş keçirildiyini və müəyyən razılığın əldə olunduğunu deyib: “Avropa İttifaqı, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə dördtərəfli görüş keçirilib, bundan əvvəlki görüşlər üçtərəfli olmuşdur. Bu dəfə isə Türkiyə də danışıqlara qoşulub, amma Transxəzər layihəsi ilə bağlı konkret razılıq əldə olunmayıb. Biz qərara gəldik ki, hər dörd tərəfin iştirakı ilə bir komissiya yaradaq. Gələcəkdə bu komissiyaya Ədliyyə və digər nazirliklərin nümayəndələrinin də daxil olma ehtimalı var". 
"Avropa İttifaqı təklif edib ki, Transxəzər layihəsi ilə bağlı konsorsium yaradılsın. Türkmənistan hazırda 30 mlrd. kubmetr qazını Avropaya satmağa hazır olduğunu açıqlasa da, bunun nə vaxt və necə reallaşacağı dəqiq deyil. Həmçinin Transxəzər layihəsinin nə vaxt reallaşacağı və kim tərəfindən maliyyələşdiriləcəyi məlum deyil”, - deyə N.Əliyev vurğulayıb.

Google+ WhatsApp ok.ru