Natiq Kərimov Abbas Hüseyn və özü haqqında yayılan `MTN işi` ittihamından danışdı

"Hələlik Nardarana işıq, qaz verilmir, nə vaxt veriləcəyi də bəlli deyil"
Bunu Turan-a kənd ağsaqqallarından Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, elektrik və qaz xətlərinə baxışlar “intensiv” şəkildə davam edir, amma hələ ki, nəticə yoxdur. Yoxlamalar, sakinlərin saxlanılması prosesi də davam edir. “Saxlanılanların da hamısından “tapança, avtomat, qumbara tapılır”, – ağsaqqal bildirib.
N.Kərimov noyabrın 26-da kənddə keçirilən xüsusi əməliyyat zamanı həlak olduğu deyilən Abbas Hüseynin sağ olduğunu söyləyib. “Amma dünən kimisə kənddə dəfn ediblər, bu adam kimdir onu bilmirik, çünki polislər ora heç kimi qoymurlar”, – N.Kərimov qeyd edib.
N.Kərimov cinayətləri ifşa edilən “MTN-dəki dəstə ilə əlaqəsi olması” haqda bəzi saytlardakı xəbərləri “alçaqlığın hüdudunun olmaması kimi” dəyərləndirib. “Mən özüm oxumadım, amma mənə dedilər, güldüm, mənim kimliyim bu xalqın, Nardaran sakinlərinin gözü qabağındadır, odur ki, yazılanlar böhtan və yalandan başqa bir şey deyil”, -N.Kərimov vurğulayıb./

Google+ WhatsApp ok.ru