NATO-dan Rusiyaya xəbərdarlıq 25 İyun 2014 01:00 Dünya NATO-nun baş katibi Rasmussendən “genişlənə bilərik” açıqlaması gəldi. NATO Xarici İşlər Nazirləri yığıncağında çıxış edən Rasmussen, "açıq qapı" siyasətini və İttifaqa qoşulma niyyəti olan dörd ölkədən danışdı. NATO-nun baş katibi Anders Foq Rasmussen “NATO-nun qapıları açıq olaraq qalır və heç bir üçüncü ölkə NATO-nun genişləməsi üzərində vetoya sahib deyil”, - deyə açıqlama edib. Gürcüstan, Bosniya və Herseqovina, Makedoniya və Çernoqoriya NATO üzvü olmaq istəyən ölkələrdir. Rusiya isə NATO-nun hər cür genişləmə addımını, xüsusilə də sərhədlərinə yaxın bölgələr söz mövzusu olduğunda özünə qarşı atılmış bir addım və zamanla da təhlükə olaraq görür. Genişləmənin həm qatılan ölkələr, həm də NATO baxımından yaxşı nəticələr verəcəyini söyləyən Rasmussen 4-5 sentyabrda Uelsdə keçiriləcək NATO sammitində bu məsələnin danışılacağını bildirib. O, çıxışında "Qapıdan keçmələri üçün ehtiyacları olan dəstəyi verəcəyik”, - deyə 4 aktiv NATO üzvü olmaq istəyən ölkələrə işarə etdi. Yığıncağın bu günki hissəsində ortaq müdafiə xəttini gücləndirmə məqsədiylə alınan tədbirlərin nəzərdən keçiriləcəyini ifadə edən Rasmussen, "Uels Zirvəsi təhlükəsizlik baxımından kritik bir mərhələdə Şərqi Avropa və Orta şərqdən köhnə və yeni təhdidlərlə qarşı-qarşıya olduğumuz bir dövrdə edilir", - deyə bildirdi. NATO Xarici İşlər Nazirləri Toplantısının bugünki iclasında zirvə hazırlıqlarından əlavə Ukrayna mövzusu detallı şəkildə müzakirə olunacaq. Nazirlərin Ukraynada baş verənlərlə əlaqədar əməkdaşlığın təxirə salındığı Rusiya ilə əlaqələri nəzərdən keçirməsi və bundan sonra atılacaq addımlara qərar verməsi nəzərdə tutulur. Əfqanıstandakı mövcud və gələcək əməliyyatlar da yığıncağın əhəmiyyətli gündəm mövzuları arasındadır./anspress Teqlər : #NATOdan Rusiyaya xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hamını bir sual maraqlandırır: O da edam olunacaq? Lavrovun erməni kökləri Ermənistana kömək olmadı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO