NATO-nu idarə edəcək 10 nəfərin adı açıqlandı

NATO-nu idarə edəcək 10 nəfərin adı açıqlandı

Yazılı açıqlamada, NATO-nun baş katibi Yens Stoltenberq keçən il Londonda baş tutan NATO Liderləri Toplantısında Alyansın siyasi ölçüsünü gücləndirmək üçün ekspert qrupunun yaradılması haqqında qərar verildiyini bildirib.

 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sözügedən qrupun 5 kişi və 5 qadından ibarət olacağını bildirən Stoltenberq, qrupa Tomas de Maizere və Uess Mitçellin başçılıq edəcəyini açıqlayıb.
 
Qrupun gələcəkdə NATO-nun daha çox siyasi rolu üzərində işləyəcəyini bildirən Stoltenberq, İttifaqın birliyi, siyasi koordinasiya və müttəfiqlər arasında həmrəyliyi mövzusunda məsləhət verəcəyini də qeyd edib.
 
Stoltenber qrupun üzv ölkələrin hökumətləri, Şimali Atlantika Şurası, NATO-nun qərar qəbul etmə mexanizmi və bütün əlaqədar tərəflər ilə təmasda olacağını bildirib.
 
Bu qrupda 29 üzvü olan NATO-nun 10 ölkəsindən şəxslər iştirak edəcək. Qrupda Türkiyədən Tacan İldem, Kanadadan Qreta Bossenmayer, Danimarkadan Anja Dalqaar-Nielsen, Fransadan Hubert Veddrine, Almaniyadan Tomas de Maiziere, İtaliyadan Marta Dassu, Hollandiyadan Hema Verhagen, Polşadan Anna Fotyqa, İngiltərədən Con Beu və ABŞ-dan Uess Mitçell olacaq.

Google+ WhatsApp ok.ru