NATO-nun 15 ölkəsi Əfqanıstana əlavə qoşunlar göndərəcək

NATO-nun 15 ölkəsi Əfqanıstana əlavə qoşunlar göndərəcək

NATO-nun 15 ölkəsi Əfqanıstana əlavə qoşunlar göndərəcəklərini bəyan edib.
 
Trend-in məlumatına görə, bunu Alyansın baş katibi Yens Stoltenberq NATO ölkələrinin müdafiə nazirləri ilə görüşündə deyib.
 
O qeyd edib ki, qüvvələr döyüş məqsədilə göndərilmir: "Təsdiq edə bilərəm ki, NATO Əfqanıstanda hərbi iştirakını gücləndirir. 15 ölkə əlavə qüvvələr ayıracağını bəyan edib və mən daha artığını gözləyirəm".
 

Google+ WhatsApp ok.ru