NATO-nun baş katibi: “Krım heç zaman Rusiya ərazisi kimi tanınmayacaq”

NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, Krım Rusiyaya qanunsuz birləşdirilib və o heç zaman Rusiya ərazisi kimi tanınmayacaq.
 
Bu barədə NATO-nun baş katibi Uelsde keçirdiyi mətbuat konfransında bildirib.  
 
“Rusiya Ukraynaya qarşı təcavüzkar əməllərinə son qoymalıdır. Krımın birləşdirilməsi tanınmır və tanınmayacaq, çünki ərazilərin zorla alınması yolverilməzdir”, deyə Rasmussen qeyd edib.  
 
Bundan əvvəl Rasmussen Moskvadan Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və separatçılara yardım göstərməyə son qoymağı tələb edib.   
 

Google+ WhatsApp ok.ru