NATO baş katibi deyib ki, ABŞ Əfqanıstanı dərhal tərk etməyəcək 22 Oktyabr 2020 15:31 Dünya NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, alyans Əfqanıstanı bu ölkədə təhlükəsizlik şəraiti yaranmadan oranı tərk etməyəcək. Son günlərdə Əfqanıstanda artmaqda olan zorakılıq Qətərdə davam edən əfqandaxili danışıqlar üçün real təhlükə yaradır. Stoltenberg oktyabrın 21-də deyib: “Biz Əfqanıstana birlikdə gəlmişik, şəraitə birlikdə uyğunlaşacaq və vaxtı gələndə, şərait buna imkan verəndə buranı birlikdə, koordinasiyalı qaydada tərk edəcəyik. Bu bütün müttəfiqlərimizin öhdəliyidir və mən tamamilə əminəm ki, bütün müttəfiqlər öhdəliklərinə sadiq qalacaqlar”. NATO Əfqanıstana 2003-cü ildə Talibanı hakimiyyətdən salmaq məqsədilə müdaxilə edib. Hazırda NATO-nun Əfqanıstanda 12 minlik əsgəri qüvvəsi var. Bunlardan 8 mini ABŞ hərbçiləridir. /azadliq.org/ Teqlər : #NATO,#baş,#katibi,#deyib,#ABŞ,#Əfqanıstanı,#dərhal,#tərk,#etməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanın Haydarabad şəhərində şiddətli yağışlar, sel və daşqınlar - FOTO Livanda yeni baş naziri təqdim etmək üçün parlament məsləhətləşmələri başlayır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO