NATO ölkələri hərbi xərcləri artırmaq öhdəliyi götürüblər

NATO ölkələri hərbi xərcləri artırmaq öhdəliyi götürüblər

NATO-ya üzv 30 ölkənin dövlət və hökumət başçılarının Brüsseldə keçirilmiş zirvə görüşünün yekun bəyannaməsi qəbul edilib.
 
Maide.Az “Report”a istiandla xəbər verir ki,  bu bəyannamədə alyansa üzv ölkələr hərbi xərcləri artırmaq öhdəliyi götürüblər.
 
Zirvə görüşündə növbəti görüşün 2022-ci ildə İspaniyada keçirilməsi təsdiq olunub.
 
Qeyd edə ki, ötən gün Belçikanın paytaxtı Brüsseldə təşkil edilən 2 günlük NATO Liderlər Zirvə Toplantısı başa çatdı.  
 
NATO-nun baş katibi Yens Stoltenberq tədbirin sonunda etdiyi çıxışında bunları söyləyib: "Bu gün ittifaqda yeni bir səhifə açdıq. Təhlükəsizliyimiz üçün açar rolu oynayan mövzulara toxunduq və əhatəli qərarlar aldıq.
 
NATO ölkələri başçıları Əfqanıstan hərbi qüvvələri və təşkilatlarına təlim keçərək, maliyyə dəstəyi verərək Əfqanıstan hökumətinin yanında iştirak etməyə olan bağlılıqlarını təsdiq etdi.
 
Rusiya ilə gərginlik olduğu müddət boyu müdafiə və daşındırıcılıq mövqeyimizi artıracaq addımlar atacağıq.
 
Avropada quru əsaslı nüvə mərmilər yerləşdirmə niyyətimiz yoxdur, lakin NATO Rusiyanın böyüyən silahlanmasına cavab verəcək.
 
Çin sürətlə nüvə silahlanmasına gedir, Rusiya ilə ortaq hərbi manevrlərlə əməkdaşlığı artırır. Avstraliya və Yaponiya kimi ölkələrlə Çinə qarşı iş birliyi məsələsində müttəfiqlər razılığa gəldi.
 
Ukrayna və Gürcüstanda hərbi təlimlərə davam edəcəyik. NATO Ukraynanın yanındadır, dəstəyimiz sürəcək. Ukrayna ilə həmrəyik. Hər ölkə öz yolu ilə getsin; Ukraynanın NATO üzvlüyü ilə bağlı Rusiya bir şey söyləyə bilməz." 
 
Yığıncaqdan sonra yekun bəyanatında Türkiyə ilə bağlı yazılıb: "Suriyadan Türkiyəni vura biləcək və ya təhdid edəcək mərmi atəşlərinə qarşı tətikdə olmağa davam edirik.  Müttəfiqimiz Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyi dövrdə təqdirlər görməkdə dəstək olacağıq”.
 

Google+ WhatsApp ok.ru