NATO Rusiya sərhəddində baza qurur

NATO Ukrayna böhranı ilə əlaqədar olaraq Şərqi Avropada yeni bazalar qurmağı planlaşdırır.

Bu barədə alyansın baş katibi Anders Foq Rasmussen bildirib.

Eləcə də NATO katibinin sözlərinə görə, alyansın gələn həftə Kardiffe də keçirilən sammitində o alyans daxilində Rusiya sərhəddinə yaxın ərazidə ordunun yerləşdirilməsi üzərində olan anlaşılmazlığı aradan qaldırmağa çalışacaq.

“Biz Avropanın tamamilə yeni təhlükəsizlik vəziyyəti ilə üz-üzə gəldiyi bir vaxtda, tez hərəkət etmənin mümkünlüyünün hədəf olduğunu qəbul edirik. Bizim artıq NATO-nun çevik fəaliyyət qüvvələrimiz var. Onlar lazım olduğu təqdirdə ən qısa zamanda istifadə edilə bilər”- deyə baş katib bildirib.  anspress /

Google+ WhatsApp ok.ru