NATO Rusiya sərhədinə 40 min hərbçi yerləşdirir

NATO Kremlin addımlarına görə, Alyansın şərq sərhədlərindəki fəaliyyətini genişləndirir.
 
Bunu NATO baş katibi Yens Stoltenberq deyib.
 
"Uzun illərdir görürük ki, Rusiya öz silahlı qüvvələrinə sərmayə yatırır və aktiv şəkildə təlimlər keçir. Amma bu, sadəcə təlim deyil. Bunlardan Gürcüstanda, daha sonra Ukraynada olduğu kimi Avropanın sərhədlərini dəyişdirmək üçün istifadə edir. "
 
Baş katib bildirib ki, şərq sərhədlərinə NATO-ya qarşı təhlükəyə çevik reaksiya verə bilən 40 min hərbçi yerləşdiriləcək:
 
"Biz yeni təhlükələrə cavab verməliyik. Buna görə də, NATO Türkiyə və Litvada mövcudluğunu, o cümlədən hava və suda ABŞ Silahlı Qüvvələrinin hesabına gücləndirir".

Google+ WhatsApp ok.ru